Previous Next

ADPU-nun Ağcabədi filialında “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans keçirilib

Noyabrın 28-də ADPU-nun Ağcabədi filialında “Heydər Əliyev ili” çərçivəsində YAP Ağcabədi rayon təşkilatı ilə birgə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans keçirilib.
Konfransda filialın professor-müəllim heyəti, Yeni Azərbaycan Partiyası(YAP)  Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və Pedaqoji fakültənin bir qrup tələbəsi iştirak edib. 
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Sonra Yeni Azərbaycan Partiyasının (YAP) yaranması, eləcə də Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov YAP-ın yaradıcısı, xalqımızın xilaskarı Heydər Əliyevin siyasi fəaliyyətindən və xüsusilə də gənclər siyasətindən danışdı. Qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklər gənclərin qarşısında bir sıra mühüm problemlər qoydu və onların həlli yollarını tapmağı gündəmə gətirdi. Bütün bunları uzaqgörənliklə dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk formunun keçirilməsi qərara alındı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində Ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərə çarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Giriş nitqindən sonra söz məruzəçiyə verildi. “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə edən filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov qeyd etdi ki, Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gün gənc nəsilin əsl şəxsiyyət kimi yetişdirilməsi Ölkə siyasətində prioritet yerlərdən birini  tutur. Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini yüksək şəkildə doğruldurlar.
Növbəti məruzəçi Yeni Azərbaycan Partiyası (YAP)  Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi” mövzusunda edərək bildirdi ki, partiyanın yaranması tarixi zərurətdən yaranan mühüm ictimai hadisə idi. Azərbaycan Respublikasının çətin günlər yaşadığı müstəqilliyimizin ilk illərində Ölkədə vəziyyət olduqca acınacaqlı idi. Xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli ziyalıları xalqın nicat yolunu Heydər Əliyevin simasında görürdükləri üçün Ulu Öndərə müraciət ünvanladılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. 
Məruzəçi vurğuladı ki, məhz bu partiyanın siyasi xəttini öz işində əsas götürən, Ulu Öndərin davamçısı, Partiyanın Sədri, Ölkə Prezidenti cənab ilham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində uzun illər boyu işğala məruz qalmış torpaqlarımız düşmən tapdağından azad edildi.
Sonra məruzə ətrafında çıxış dinlənildi. Filialın  Pedaqoji fakültəsinin  “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Aytən Hüseynli çıxış edərək bildirdi ki, artıq Azərbaycanda yüksək intellektual səviyyəyə malik, vətənpərvərlik ruhunda, milli düşüncəyə sahib gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. 
Daha sonra filialın bir qrup tələbəsinə partiya işində könüllülük fəaliyyətlərini uğurla başa vurduqları üçün  sertifikatlar  və  Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqəsləri təqdim olundu.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search