Previous Next

ADPU-da Beynəlxalq Əlillər Günü qeyd olundu

Dekabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Rəngli dünyam" adlı tədbiri keçirilib. 
Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Nailə Hüseynova, kafedra müdirləri professor Ramiz Əliyev, professor Müseyib İlyasov, professor Şəhla Əliyeva,  Simnarə Heydərova, Daun sindromlu şəxslərin Reabilitasiya  Mərkəzinin nümayəndəsi Könül Süleymanova, Respublika Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Azərbaycan Karlar Cəmiyyətinin prezidenti Bəhrəm Hüseynov, Quba Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru Fidan Bağırova, o cümlədən ixtisas kafedraları üzrə TEC sədrləri və fakültənin professor-müəllim heyəti iştirak edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükut ilə yad edilməsi ilə başlayıb. ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, prof. F.Rzayev açılış nitqi ilə çıxış edərək Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, sosial həyatı və təhsili üçün genişmiqyaslı Dövlət Proqramı icra olunduğunu, məktəblərdə inklüziya yanaşmasının tətbiq edildiyini, eyni zamanda ADPU-nun Məktəbəqədər təhsil fakültəsində müvafiq ixtisaslar üzrə yüksəksəviyyəli mütəxəssislərin hazırlandığını, Universitetdə İnklüziv təhsil Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. 
Tədbirin gedişində sağlamlıq imkanları məhdud Ayşə Qasımovanın “Zər qanadlı kəpənək” kitabının təqdimatı keçirilib, daun sindromlu uşaqların rəqsi, gözdən əlil uşaqlar üçün 38 saylı musiqi məktəbinin "Duyğu" xalq çalğı alətləri ansamblının ifaları tədbiri daha da rəngarəng edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search