Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında proqram akkreditasiyası ilə bağlı iclas keçirilib.
Filialın direktoru, dosent Yusif Alıyev və struktur rəhbərlərinin, həmçinin professor-müəllim heyətinin iştirakı ilə keçirilən iclasda 2024-cü ildə baş tutacaq “İbtidai sinif müəllimliyi” ixtisasının proqram akkreditasiyası ilə bağlı daxil olmuş sənədlər müzakirə edilib, proqram akkreditasiyasının Təşkilat komissiyasının tərkibi müəyyən olunub.
Təqdim olunmuş formalar aidiyyəti strukturlara yönləndirilib və onların hazırlanması ilə bağlı iş bölgüsü aparılıb.