Previous Next

ADPU-nun Şamaxı filialında anım günü tədbiri: Ulu Öndər erası

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Sosial və xüsusi elmlər kafedrası və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 12 dekabr - Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər erası” adlı tədbir keçirilib.
    Tədbirdən öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsini yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
    Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd edib ki, tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək missiyası nəsib olub. Ümummilli Lider Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Məhz Ulu Öndərin şərəfli xilaskarlıq missiyası nəticəsində məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan gələcəyə inamla addımlayan qüdrətli dövlətə çevrildi. 
Çıxışda vurğulanıb ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev onun məqsəd və amallarını gerçəkləşdirmək üçün quruculuq tədbirləri, islahatlar həyata keçirir. Ölkə rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəg dövlətlərin başçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar aparması onu göstərir ki, zəmanəmizin böyük azərbaycanlısının, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və zəfər çalır.
    Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişindən sonra filialın Sosial və xususi elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov “Azərbaycan gəncliyinin himayədarı”, TGT-nin sədri Nuranə Mirzəyeva “Ulu Öndər Heydər Əliyevin dil siyasəti”, tələbələrdən Fidan Abbasova “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi”, Ramiz Həsənli “Heydər Əliyevin Azərbaycan incəsənətinin inkişafında rolu”, Cəmalə Qeybullyeva isə “Azərbaycan tarixində Heydər Əliyev erası” mövzusunda çıxış edi, filialın tələbəsi Ayturan Məmmədlinin ifasında “Ulu Öndər” şeiri səsləndirilib. 
Sonda “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etdiklərinə görə bir sıra tələbələr sertifikatla təltif olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search