Previous Next

ADPU-nun Şəki filialında tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İbtidai  sinif müəllimliyi” ixtisasının IV tədris ili tələbələri öz istedad və qabiliyyətlərini, bacarıqlarını əyani şəkildə göstərməyə imkan verən əl işlərindən ibarət sərgi təşkil ediblər. Filialın Ümumelmi fənlər kafedrasının texnologiya fənnini tədris edən baş müəllimi, Əməkdar müəllim Sevil İbrahimovanın  rəhbərliyi il tələbələr kağız və karton, parça, plastik  kütlə, taxta və başqa təbiət materiallarından, müxtəlif  tikmə üsullarından  istifadə edərək  çox maraqlı  əl işləri  hazırlayıblar. Tələbələrin  bu yaradıcılıqları və bacarıqları  “Sehrli əllər” başlığı ilə təşkil olunan sərgidə nümayiş olunub. Filialda təşkil olan sərgi böyük marağa səbəb olub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search