Previous Next

ADPU-nun Quba filialının kollektivi şəhid Ənvər Şıxəliyevin ailəsini ziyarət edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Elza Babayeva və İBT 2201B, İBT 2202B qrupunun tələbələri tərəfindən şəhid Ənvər Şıxəliyevin ailəsi ziyarət olunub, şəhidin valideynlərinin Ənvərin uşaqlığı, təhsili, döyüş yolu haqqında xatirələri dinlənilib, qəhrəmanların heç zaman unudulmayacağı vurğulanıb.
Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə filial rəhbərliyinə və kollektivə minnətdarlığını ifadə ediblər. 
Qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ənvər Vadimoviç oğlu Şıxəliyev 2001-ci il fevralın 24-də Qusar rayonunun Xürəl kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində savaşıb. Ənvər Şıxəliyev  2020-ci ilin oktyabrın 29-da düşmən snayperindən açılan atəşlə şəhid olub. 1 noyabr 2020-ci il tarixində Qusar rayonunda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətə görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. 
Qeyd edək ki, şəhid Ənvər Şıxəliyevin bacısı Rita Şıxəliyeva filialın “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili tələbəsidir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search