Previous Next

Prezident İlham Əliyevin Azərbaycan tarixində rolu - Tarixi Zəfər

XIX əsr - XX əsrin əvvəllərində erməni millətçiləri öz havadarlarının köməyi ilə türk-müsəlman dünyasına qarşı dəfələrlə genosid aktı törətsələr də, sovet rejimi siyasi ideoloji mülahizələrə görə sonrakı yetişən nəsillərdən bunu gizlətmiş və ya məsələnin mahiyyətini təhrif etmişlər. Nəticədə xalqımız faşist xislətli erməni millətçiliyinin mahiyyətindən xəbərdar olmamış, ayıq-sayıqlığını itirmiş, ötən əsrin sonunda özü fiziki məhvə, torpaqları isə işğala məruz qalmışdır.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına rəhbərliyə gəldikdən sonra  birinci növbədə diqqətini xarici istilanın dayandırılmasına yönəltdi. Ulu Öndər torpaqlarımızın düşmənlərdən azad olunması üçün bir tərəfdən Azərbaycanın güclü ordusunu yaratmaq və onun sıralarını artırmaq, gücləndirmək, digər tərəfdən isə siyasi danışıqlar aparmaq,sülhə nail olmaq və torpaqlarımızı dinc yolla qaytarmaq istiqamətində öz fəaliyyətini həyata keçirdi. 
Heydər Əliyev siyasətinin  ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirdi və Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində böyük işlər gördü. Azərbaycan Respublikasının iqtisadi, siyasi, hərbi sahədəki uğurları Vətən müharibəsində qələbəmizi təmin etdi. 
2020-ci ildə Vətən müharibəsi ölkəmizin qələbəsi ilə başa çatsa da, müharibədən sonra ötən müddət göstərdi ki,bəzi beynəlxalq güclər Azərbaycanın bu möhtəşəm qələbəsini həzm etmək istəmirlər.Onlar Azərbaycanın qələbəsinin əhəmiyyətini azaltmağa çalışır, hədə-qorxu gəlir, ölkəmizə təzyiq göstərirlər. Hətta Ermənistandakı revanşıstləri, separatçıları silahlandırıb Azərbaycana qarşı  terror,təxribat əməllərinə təhrik edirlər. 2023-cü ilin əvvəlinədək, Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir zamanda Qarabağa, rus sülh məramlılarının nəzarət etdiyi erməni yaşayış məntəqələrinə sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınır, minalar gətirilirdi. Bütün bunların hamısı ona gətirib çıxardı ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam edirdilər.Vətən müharibəsi başa çatandan sonra 400 nəfərə yaxın hərbi və mülki vətəndaşımız həlak olmuş və ağır şəkildə yaralanmışdır.
2022-ci il dekabrın 3-dən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmək Məsələləri Dövlət Xidməti və AzerQold “Qapalı Səhmdar Cəmiyyətinin” mütəxəssislərindən ibarət heyət Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qanunsuz istismarı,bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı sülhməramlı kontingentinin komandanlığı ilə danışıqlar apardılar. Onlar Qarabağda faydalı qazıntı yataqlarının  qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan,rus və ingilis dillərində mütəmadi olaraq “Ekocinayətə son” və digər bu kimi şüarlar səsləndirirdilər. Ekofəalların 138 gün fasiləsiz davam edən etiraz aksiyası aprelin 28-dək davam etdi və Ermənistanla sərhəddə,Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin qurulması ilə nəticələndi. Azərbaycan məqsədinə çatdı, ərazi bütövlüyümüzün  bərpası təmin edildi.
Lakin  Qərb dövlətləri  və beynəlxalq təşkilatların himayə etdiyi Ermənistan sülh, dinc qonşuluq yolunda addımlar atmaq əvəzinə yenə də  təxribatla məşğul olurdu.Bu da 2023-ci ilin 19-20 sentyabrında Azərbaycanı Qarabağ bölgəsində lokal antiterror tədbirləri həyata keçirməyə məcbur etdi. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev bu əməliyyatın konkret səbəblərini açıqlamışdır. O, göstərmişdir ki, “2022-ci ilin oktyabrında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdarlarla görüşündə (Praqa) qəbul edilmiş Bəyanatda hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata Bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər.Biz bunu Ermənistan tərəfindən atılmış mühüm addım hesab etdik.Azəbaycana qarşı ərazi iddialarından nəhayət, əl çəkəcəyini zənn etdik. Lakin təəssüf  ki, ümidlərimiz özünü doğrultmadı. Azərbaycanın ərazi bütövüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini etdi.Təxribat hərəkətlərinə son qoymaqla bağlı  Azərbaycanın etdiyi çoxsaylı çağırılar təəssüf ki,bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi. 2023-cü il  il sentyabrın 2-də Ermənistanı baş naziri Xankəndinə, separatçılara qondarma “Dağlıq Qarabağ Respublikası” yaranmasının ildönümü  münasibətilə bağlı təbrik göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi.Bu bizim ərazimizə qarşı açıq iddia irəli sürmək demək idi”. 2023-cü il sentyabrin 9-da “Dağlıq Qarabağ”da qondarma “seçki” keçirdilər,bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi idi. Bu isə sentyabrın 19-da Azərbycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. 23 saat 44 dəqiqə davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı 10-15 min nəfərlik hərbi kontingenti tam   tərksilah edildi və ərazimiz üzərində tam nəzarət - suverenliyimiz bərpa olundu. Nəticədə separatizmə son qoyuldu, müharibə təhlükəsi aradan qaxdı. Bu  hərbi əməliyyat o qədər dəqiq icra olundu ki, heç bir insan, heç bir mülki obyekt ziyan görmədi. Hərbi əməliyyat zamanı və ondan sonra Azərbaycan tərəfi  radio və digər   rabitə vasitələri ilə dinc erməni əhalisinə təşvişə düşməməyi və yaşayış yerini tərk etməməyi, öz evlərində qalmağı  tövsiyə etdi. Prezident onların başqa  xalqlarla eyni hüquqa malik olduqlarını bildirdi, təhlükəsizliyinə təminat verdi.
 Lakin ermənilər öz separatist “başçı”larının təzyiqi il köçüb getdilər. Həm də bunu qorxduqları üçün etdilər. Çünki mülki erməni əhalisinin çoxu Qarabağdakı  azəbaycanlılara qarşı cinayətlərdə iştirak etmişdilər. Nəticədə Azərbaycan ərazisində qondarma “Dağlıq Qarabağ” Respublikasının fəaliyyətinə son qoyuldu.
2023-cü il 20 sentyabr saat 13:00-da aşağıdakı şərtlər altında lokal antiterror tədbirlərin dayandırılması barədə razılıq əldə olundu.
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki Ermənistan hərbi hissələri, qeyr-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçrilməsi təmin edilir.Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıqlar əldə olunub.
  Uğurlu antiterror tədbirlərindən sona Prezident, Ali Baş Komandan İlham Əliyev Xocalıda, Xocavənddə, Əsgəranda, Xankəndində üç rənglı bayrağımızı  qaldırdı. Ölkəmiz təxminən 30 il davam edən işğaldan sonra torpaqlarımızı azad, Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək, şanlı qələbə qazandı. Son 300 ildə ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın müasir tarixinə adını əbədi yazdı.

Dosent Naibə Əhmədova,
ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search