Previous Next

Pedaqoji Universitetdə Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluq və Filologiya fakültəsinin təşkilatçılığı ilə Milli  Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib.
Görüşdə ADPU-nun rəhbərliyi, prorektorlar, fakültə dekanları və müvafiq struktur bölmələrin rəhbərləri, o cümlədən Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov görkəmli  şair və ictimai xadim olaraq Sabir Rüstəmxanlının  Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin, ədəbiyyatının inkişafı və təbliğindəki roluna diqqət çəkib.
Daha sonra şairin həyat yolu və yaradıcılığının əsas məqamlarının əks olunduğu videoçarx nümayiş olunub.
Məruzə ilə çıxış edən prof. Təyyar Salamoğlu, prof. Elman Quliyev, prof. Yaqub Babayev və  dos. Qüdrət Umudov Sabir Rüstəmxanlının yaradıcılığının zənginliyindən, poeziyasının incəliklərindən söz açaraq, şairin yaradıcılığının milli səciyyəsini vurğulamış, onunla bağlı xatirələrindən danışmışlar.
Bədii hissədə “Meh” ədəbi dərnəyinin qiraətçilərinin ifasında şairin “Bayrağım”, “Sağol, ana dilim”, “Gecə-gündüz”, “Millətəm” şeirləri ifa olunub, “Sənin gözlərində” və “Geri verərmi” şeirlərinin sözlərinə bəstələnmiş mahnılar Filologiya fakültəsinin məzunu, müğənni Məxfirət Əlişanovanın ifasında təqdim olunub. “Meh” ədəbi dərnəyinin üzvü Türkan Kazımova görkəmli şəxsiyyətlər və qələm dostlarının Sabir Rüstəmxanlı haqqında söylədikləri fikirləri səsləndirib.
Filologiya fakültəsinin tələbələrinin suallarını cavablandırdıqdan sonra çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı dəvətə görə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Mahirə Hüseynovaya və fakültə dekanı, fil.ü.f.d., dosent əvəzi Könül Həsənovaya təşəkkür edib, müəllim və tələbələrin görüşündə olmaqdan məmnunluğunu ifadə edib.
Sonda prof. Mahirə Hüseynova Sabir Rüstəmxanlının ictimai-siyasi fəaliyyətinin milli-vətənpərvərlik ruhunun təbliğinə və xalqın tərəqqisinə xidmət etdiyini diqqətə çatıraraq, şairə yeni-yeni uğurlar arzulayıb, dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search