9-10 yanvar tarixlərində ADPU-nun Şəki filialında “İbtidai sinif müəllimliyi” ixtisasının təhsil proqramının akkreditasiyası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” adlı təlim keçirilib.
Agentliyin Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Şəlalə Mahmudova tərəfindən həyata keçirilən təlimdə filialın struktur rəhbərləri, eləcə də proqram akkreditasiyası üzrə Təşkilat Komitəsinin üzvləri, kafedraların laborantları, “İbtidai sinif müəllimliyi” ixtisasında fənnləri tədris edən bəzi müəllimlər də daxil olmaqla 30 nəfər iştirak edib. İki gün davam edən təlimdə proqram akkreditasiyası üzrə təsdiq olunmuş 12 meyar və hər meyara daxil edilən indikatorların əhatə dairəsi, proqram akkreditasiyası üçün sənədlərin hazırlanması qaydaları, cədvəllərin tərtibi, özünütəhlil hesabatının yazılması qaydaları haqqında ətraflı məlumat verilib, suallar cavablandırıb.