Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə ümumxalq yürüşündə iştirak edərək Şəhidlər Xiyabanını ziyarət edib. Xalqımızın müstəqil dövlətçilik tarixində ən önəmli yerlərdən birini tutan 20 Yanvar hadisələrində şəhidlik zirvəsinə yüksələn qəhrəman vətən övladlarının xatirələri ehtiramla yad olunub, məzarları üzərinə tər qərənfillər düzülüb.
Qeyd edək ki, ziyarətdə Universitetin rəhbərliyi, müvafiq struktur rəhbərləri, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və fəal tələbələr iştirak ediblər.