Previous Next

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsində iştirak üçün ilk gündə 500 tələbə qeydiyyatdan keçib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  "Prestij-S" Tədris Mərkəzi və "İT Brains Academy"in tərəfdaşlığı ilə istedadlı və liderlik bacarığı olan tələbələrini seçmək, onların peşəkar inkişafına dəstək olmaq və tələbələr arasından potensial kadr bankını formalaşdırmaq, Universitetin idarəçiliyinə məzunların cəlb edilməsini təşviq etmək məqsədi ilə keçirdiyi “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin işçi qrupunun geniş tərkibdə ilk iclası keçirilib.
İclasda çıxış edən sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və layihə rəhbəri, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov  müsabiqənin Pedaqoji Universitet tələbələri üçün açdığı imkanlar və davam edən qeydiyyat prosesi haqqında danışıb, qarşıda duran təşkilati məsələlər müzakirə olunub.
Vurğulanıb ki, fevral ayının 3-dən müsabiqəyə qeydiyyat açıq elan olunub və 25 fevraladək davam edəcək. Artıq prosesin ilk günündə 500 nəfər ADPU tələbəsi müsabiqədə iştirak üçün qeydiyyatdan keçib. Bu da layihəyə olan böyük marağın göstəricisidir.
Qeyd edək ki, “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqədə yalnız ADPU-nun bakalavriat və magistatura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilər.
Müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və İT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı və kadr bankına əlavə olunma imkanı təqdim olunacaq. Müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla onlara müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search