Previous Next

ADPU-da magistrantların təcrübələrinin başlanmasına həsr olunan konfrans keçirilib

Fevralın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2023-2024-cü tədris ilində magistratura səviyyəsində təcrübənin başlanmasına  həsr olunmuş konfrans keçirilib.
Konfransda Universitet rəhbərliyi və təcrübəyə başlayan magistrantlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov və elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov magistrantlara uğur arzulayaraq, vurğulayıblar ki, son illər ADPU-da magistratura təhsilinin məzmumu və keyfiyyətinin artırılması, qabaqcıl sahələr üzrə ixtisaslaşmaların açılması istiqamətində ardıcıl fəaliyyət icra olunur.
Məruzə ilə çıxış edən Magistratura və doktorantura şöbəsinin müdiri, s.e.f.d. Rəşad Sadıqov diqqətə çatdırıb ki, ümumilikdə 350 nəfərədək magistrantın iştirak edəcəyi təcrübədə elmi-tədqiqat və istehsalat təcrübəsi 16 fevral – 15 mart tarixlərində, elmi-pedaqoji təcrübə isə 27 mart – 24 aprel tarixlərində təşkil olunacaq. SABAH magistratura ixtisaslaşması üzrə isə 16 fevral – 12 aprel tarixləri aralığında 8 həftəlik elmi-tədqiqat təcrübəsi keçiriləcək. 
Diqqətə çatdırılıb ki, təcrübəçi magistrantlar arasında əcnəbi tələbələr və digər ali təhsil müəssisələrində təhsil alan magistrantlar da yer alır.
Bildirilib ki, magistrant hər bir təcrübədə ayrılıqda maksimum 100 bal toplaya bilərlər. Hır hansı təcrübənin 25 faizindən artığında iştirak etməyən, yaxud yekunda müvafiq keçid balını (51 bal) toplamayan magistrant təcrübədən keçməmiş sayılır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search