Şəkidə Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, "Yaradıcı Gənclər" İctimai Birliyinin (YGİB) təşkilatçılığı ilə "Gənc sənətkarların əl işi sərgisi" təşkil edilib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Karyera Mərkəzinin müdiri Xuraman Həmidova və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə müxtəlif ixtisaslarda təhsil alan 16 tələbənin fərqli texnologiyalarla hazırladıqları 52 əl işi nümayiş etdirilib. Filial tələbələrinin kağız, karton, şüşə, taxta, muncuq, rəngli saplar və s. kimi materiallardan hazırladıqları əl işləri sərgiyə baxanlar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, sərgidən həm də satış yarmarkası kimi faydalanmaq mümkün olub.
Tələbə-gənclərin sənətkarlığa olan marağı nəzərə alınaraq, ADPU-nun Şəki filialı və YGİB-nin əməkdaşlığı ilə gələcəkdə də belə tədbirlərin davamlı təşkili haqqında razılıq əldə olunub.