Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında pedaqoji internatura uğurla davam edir.
Filialın tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən t.ü.f.d. Vüsal Baxışov və istehsalat təcrübə rəhbəri Asudə Bədəlova Şəki şəhəri Kiş kənd 4 saylı tam orta məktəbdə pedaqoji internaturanın gedişi ilə tanış olublar. Burada pedaqoji internatura keçən “xarici dil müəllimliyi (fransız dili üzrə)” ixtisasının IV tədris ili tələbələri və məktəbin rəhbərliyi ilə görüşən nümayəndələr tələbələrə yaradılmış şəraitə görə məktəb rəhbərliyinə təşəkkür edib, tələbələrin internaturada pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda məktəbdə idarəçilik bacarıqlarını da inkişaf etdirmələrinin vacibliyini vurğulayıblar.
Görüşdə, eyni zamanda meydana çıxan çatışmazlıqlar müzakirə edilərək, onların həlli yollarına aydınlıq gətirilib.