Previous Next

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinə qeydiyyatdan keçən ADPU tələbələrinin nəzərinə

Müsabiqənin I mərhələsi 10 mart 2024-cü il (həftənin bazar günü), saat 12:00-da ADPU-nun əsas tədris binasında (Üzeyir Hacıbəyli 68) keçiriləcək. 
📌 Saat 10:30-dan etibarən qeydiyyat başlanacaq. 
📌 Saat 12:30-dan sonra gələn iştirakçılar müsabiqəyə buraxılmayacaq. 
⏳ I mərhələ üzrə imtahanın müddəti 150 dəqiqədir. 
💡 Bu mərhələdə 3 blok üzrə iştirakçıların bilikləri qiymətləndiriləcək:
🇦🇿 Azərbaycan
📚🚀 Dünyagörüşü və müasir trendlər
🏛️ Pedaqoji Universitet 

✅ Qeyd edək ki, ilk mərhələdə iştirak edənlərin təxminən 50 faizi növbəti mərhələyə keçəcək. 

‼️VACİB
1. İştirakçı mütləq özü ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və göy rəngdə yazan qələm gətirməlidir.
2. İştirakçı imtahana gələrkən üzərində mobil telefon və digər ağıllı cihazlar, qeyd vərəqləri və s. gətirməməlidir. 
2. Müsabiqəyə şəxsi minik vasitəsi ilə gələcək iştirakçıların əvvəlcədən parklanma yerini müəyyənləşdirməsi lazımdır. Universitet ərazisində parklanmaya icazə verilmir.

🎯Gələcəyin təhsil lideri ol! Sən də bacararsan! 

#ADPU #PedaqojiUniversitet #eduaz #ElmvəTəhsilNazirliyi #müsabiqə #GələcəkTəhsilLiderləri #SəndəBacararsan

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search