Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşəbbüsü və təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə fakültələr üzrə təşkil olunmuş qızlararası voleybol yarışlarının yekun mərhələsi keçirilib.
Yarışda, ümumilikdə, 9 fakültədən 10 komanda iştirak edib. 3 gün davam edən turnirin yarımfinal mərhələsi martın 5-də keçirilib. Yarımfinala 8 komanda, finala isə qarşılaşdığı bütün rəqiblərinə qalib gəlmiş 4 komanda vəsiqə qazanıb. Bunlar “Riyaziyyat”, “İbtidai təhsil”, “Fizika”, “Kimya və biologiya” komandalarıdır.
Final oyununun yekununa əsasən, “Riyaziyyat” komandası III, “İbtidai təhsil” komandası II, “Fizika” komandası isə I yerin sahibi olub.
Qalib komandalar diplomla təltif olunub.