Previous Next

ADPU Türkiyənin Çanaqqala On Səkkiz Mart Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Martın 11-də Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu və coğrafiya müəllimi prof. Vedat Çalışkan ADPU-nu ziyarət ediblər. 
Görüşdə ADPU–nun rektoru, prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Nərgiz Səfərova iştirak ediblər. 
Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, universitetlər arasında əlaqələri inkişaf etdirmək, tərcrübə mübadiləsi aparmaq və beynəlxalq proqramlarda və layihələrdə qarşılıqlı əməkdaşlıq etmək arzusunu ifadə ediblər. Bundan əlavə, ikili diplom proqramı sahəsində mümkün əməkdaşlıq imkanları araşdırılıb və belə əməkdaşlığın qarşılıqlı faydalı olacağı vurğulanıb. 
Görüşün sonunda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search