Previous Next

ADPU-nun Quba filialının müəllimi “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib

Quba Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə dövlət idarəçiliyi, dövlət qulluğu və ictimai-siyasi sahədə səmərəli fəaliyyətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş rayonun bir neçə ziyalı və məsul şəxslərinə mükafatların təqdim olunması mərasimi keçirilib.
Təltif edilənlər arasında ADPU-nun Quba filialının Humanitar elmlər kafedrasının müəllimi Orucova Elza Qədir qızı da var. Elza Orucova ictimai-siyasi sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə yüksək təltifə layiq görülüb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search