Previous Next

ADPU-nun tələbə təşkilatları silsilə tədbirlər həyata keçirirlər

Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən tələbə təşkilatları tərəfindən bir neçə maraqlı tədbir həyata keçirilib.
ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə baş tutan rəsm və piano dərsləri, “Dahilər unudulmur” adlı intellektual oyun, ADPU YENİ Klubun təşkilatçılığı ilə təşkil olunan işarə dili seminarı və "Film qalaktikası" adlı intellektual oyun bunlara misal ola bilər.
Qeyd edək ki, Universitetdə tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və ictimai-sosial inkişaflarına dəstək göstərmək məqsədi ilə hər həftəsonu mütəmadi olaraq bu qəbildən müxtəlif layihələr icra olunur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search