Previous Next

ADPU-nun Quba və Şamaxı filiallarında 31 Mart soyqırımı qurbanları yad edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının fakültə dekanları Mürvət Əliyev, Nübar Bayramova, Quba GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin əməkdaşı Eyvaz Xeyrullayev, filialın tələbə kollektivi və gənc könüllülər 31 Mart - Azərbaycanlıların soyqırımının 106-cı ildönümü ərəfəsində Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksini ziyarət edib, xatirə abidəsinin önünə tər qərənfillər düzüblər.
ADPU-nun Şamaxı filialında da 31 Mart  soyqırımı münasibətilə tədbir keçirilib.
Filialın Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Vətənpərvərlik departamenti və Kitab və qiraət klubunun birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tariximizin göz yaşı” mövzusunda tədbir təşkil olunub.
Tədbirdən öncə filialın rəhbərliyi və kollektivi Şamaxı rayonunda yerləşən Soyqırımı abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Əvvəlcə, faciə qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub, ardınca videoçarx nümayiş olunub. 
Giriş sözü ilə çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova qeyd edib ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftar, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımı və deportasiyaya məruz qalmışdır. 
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev bu məsələyə prinsipial yanaşma nümayiş etdirmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyətini  bütünlüklə ifşa etmişdir. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin  30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan öz ərazi vütövküyü və suverenliyini tam bərpa edib.
Sonra fikialın tədris elmi işlər üzrə direktor müavini, f.ü.f.d Şasəddin Mikayılov çıxış edərək, tarixi faktlar əsasında erməni-daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasəti haqqında ətraflı məlumat verib.
Sonda filial tələbələrinin mövzu ilə bağlı çıxışları dinlənilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search