Previous Next

ADPU TGT mədəni maarifləndirmə istiqamətində silsilə tədbirlər icra edir  

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Kimya və biologiya fakültəsi və  Tarix və coğrafiya fakültəsi təşkilatlarının birgə təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində  tələbələr üçün "Pəncərə" filminin nümayişi təşkil olunub.
Nümayişdən sonra tələbələr filmdə əksini tapan qanunsuzluq, zorakılıq, qəddarlığı, "tərbiyəçi" - müəllimlərlə "tərbiyə olunan" - şagirdlər arasındakı ziddiyyətləri müzakirə ediblər.
ADPU TGT nəzdində fəaliyyət göstərən Xarici Dillər Klubu isə "Qız Qalası Art Gallery"ə (Q-Gallery) ekskursiya təşkil edib. 
Ekskursiya zamanı tələbələr müasir incəsənətin aktual istiqamətlərini dəstəkləyən, bədii zövqü inkişaf etdirən qalareyada müxtəlif dövrlərdə ölkəmizdə inkişaf etmiş təsviri incəsənət nümunələrilə tanış olublar. 
Daha bir ekskursiya isə "Gazelli Art House" incəsənət mərkəzinə təşkil olunub. ADPU TGT-nin Tarix və coğrafiya fakültəsi və  SABAH qrupları təşkilatları, eləcə də TGT nəzdində Xarici Dillər Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən ekskursiya zamanı tələbələr mərkəzin interyeri ilə yaxından tanış olub, nümayiş olunan müxtəlif müasir incəsənət nümunələri haqqında ətraflı məlumat alıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search