Pedaqoji Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və Türkiyənin Başkənd Universitetinin Təhsil fakültəsinin müəllimi, Təhsil Elmləri İnstitutunun müdiri, professor Sərvət Özdəmir ADPU-nun Quba filialında olublar.
Qonaqları filialla tanış edən direktor, dosent Yusif Alıyev, əvvəlcə son illər yaradılan yeni tipli auditoriyalar, kabinetlər, mərkəzlər, filialda aparılan yenidənqurma və bərpa işləri haqqında ətraflı məlumat verib, qarşıdakı hədəflər haqqında danışıb, təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Daha sonra filial kollektivi görüş keçirilib, “Təhsil və idarəetmə” mövzusunda fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib və Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib.