Previous Next

ADPU-nun tələbələri üçün dövlət hesabına IELTS imtahanına qəbul elan olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsilin İnkişafı Fondu (TİF) və Britaniya Şurası (“British Council”, BŞ) ilə tərəfdaşlığı əsasında üçüncü dəfə təşkil olunacaq IELTS (İnternational English Language Testing System) imtahanına qəbul elan edilir.
Layihə çərçivəsində ADPU-nun ingilis dilini bilən (bildiyini iddia edən)  I, II, III tədris ilinin bakalavriat tələbələri və I tədris ilinin magistrantları üçün Britaniya Şurası tərəfindən dövlət hesabına IELTS imtahanı təşkil ediləcək.
Müraciət edənlər ADPU-nun Xarici Dillər Mərkəzi (XDM) ilə birlikdə analiz və pretest etdikdən sonra daha real iddiaçılar üçün Xarici  Dillər Mərkəzi və Təlim-Tədris Mərkəzi ilə birlikdə onlayn təlim təşkil ediləcək.
Məqsəd  tələbələrimizin ingilis dili səviyyələrini inkişaf etdirmələrini təşviq etməkdir.
Müraciət etmək istəyənlər 20 aprel 2024-cü il tarixinədək linkə daxil olub qeydiyyatdan keçməlidirlər:

https://bit.ly/3JlTHTB 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search