Previous Next

Uğur yolu: ADPU THİK-nın yeni sədri Cəmilə Qurbanovanı yaxından tanıyaq

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) XVIII hesabat-seçki konfransı keçirilib.  Konfransda təşkilatın yeni İdarə Heyəti və sədri seçilib.
ADPU THİK-nın yeni sədr seçilən Cəmilə Bəhmən qızı Qurbanova 14 sentyabr 2002-ci ildə Salyan rayonunda doğulub. 2019-cu ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub. Hazırda V kurs tələbəsidir.
Cəmilə I kursdan etibarən Tələbə Həmkarlar İttifaqı Komitəsinə üzv olub. Aktiv fəaliyyəti, eyni zamanda akademik göstəriciləri ilə fərqlənərək, əvvəlcə fakültə təşkilatının, sonra universitet THİK-nın İdarə Heyətində yer alıb.
Yüksək akademik göstəriciləri və uğurlu ictimai-sosial fəaliyyəti ilə dəfələrlə həm Universitet, həm də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin adlı təqaüdlərinə layiq görülüb. 2023-cü ildə Elm və Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplomla təltif olunub.
Qeyd edək ki, Cəmilə Qurbanova 2022-ci ildən etibarən ADPU THİK-nın sədr müavini kimi fəaliyyət göstərib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search