Previous Next

ADPU-da maarifləndirici tədbir: MİQ sessiyası

Aprelin 19-da “Code for future” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi, Pedaqoji Universitet və Alqoritmika şirkətinin birgə təşkilatçılığı ilə “MİQ sessiyası” mövzusunda tədbir keçirilib.
İnfosessiyada, əsasən, Pedaqoji Universitetin riyaziyyat və informatika müəllimliyi və informatika müəllimliyi ixtisaslarında təhsil alan, eləcə də “Code for future” layihəsinin iştirakçısı olan tələbələr iştirak ediblər.
Əvvəlcə, Alqoritmika şirkətinin “Code for future” layihəsinin ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da həyata keçirilməsində əvəzsiz xidmətləri olmuş Universitetin Riyaziyyat fakültəsinin mərhum dekanı, dosent Araz Fərəcovun xatirəsi yad edilib. 
Tədbirdə çıxış edən ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül  Pirverdiyeva müəllim peşəsinin artan nüfuzundan, regionlarda müəllim kadrlarına olan ehtiyac, gənc müəllimlərimizin regionlarda işləyərək yerlərdə icmalara dəstək olmasının önəmindən söz açıb. Məzun olan gənc müəllimlərin mənimsədikləri müasir innovativ təlim yanaşmalarını tətbiq edərək yarada biləcəkləri motivasiya, öyrənmə mühitinin bir şagirdə necə müsbət təsir edə biləcəyi haqqında fikirlərini bölüşüb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Layihələrin təşkili və idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Fəridə Həsənli müəllimlərimlərin işə qəbulu (MİQ) müsabiqəsinə müraciət qaydaları, elektron sistemlə iş qaydaları, müəllimlərin qeydiyyatdan keçərkən yaşadığı regionu qeyd etmələrinin önəmi, eləcə də illər üzrə MİQ-ə müraciət və yerdəyişmə statistikaları, ən çox müəllimə ehtiyac duyulan fənlər haqqında geniş təqdimat edib.
MÜTDA-nın şöbə müdiri Fidan Nəcəfova isə Pedaqoji Universitetin məzunlarının MİQ müsahibəsində göstərdiyi nəticələrdən danışaraq, əsasən ibtidai sinif müəllimliyi və informatika müəllimliyi ixtisaslarının məzunlarının daha yüksək nəticə göstərdiyini diqqətə çatdırıb.
Alqoritmika şirkətinin nümayəndəsi Qəmər Məmmədova, şirkətin “Code for future” layihəsinin rəhbəri Nəzrin Əliyeva da öz növbələrində müəllimlik peşəsinin üstünlüklərindən və bu sahədəki perspektiv imkanlardan söz açıb, “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi və layihə çərçivəsində gələcək planlar haqqında danışıblar. Qeyd olunub ki, gələcəkdə layihənin bütün regionları əhatə etməsi planlaşdırılır. 
Çıxışlarda, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, müəllimlərin əmək haqqılarının arıtırılması, müəllimlərin sertifikasiyası əsasında difersensial əmək haqqı sisteminin və rəğbətləndirmələrin tətbiqi, region məktəblərinin maddi-texniki təchizatlarının yaxşılaşdırılması məsələlərinə toxunulub.
Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search