Previous Next

“Sinfin idarəolunması” fənni üzrə dərsdə universitetimizin məzunu Nigar Osmanlı qonaq spiker qismində iştirak edib.

23.04.2024-cü il tarixində ADPU-nun “Təlim və tədrisin təşkili və metodikası”  magistratura ixtisaslaşmasının “Sinfin idarəolunması” fənnində Nigar Osmanlı qonaq spiker qismində iştirak edib. Fənn müəllimi, ADPU-nun prorektoru Könül Pirverdiyevanın təşəbbüsü ilə təşkil olunan görüşdə qonaq “Dərsin planlaşdırılması” mövzusunda təqdimatla çıxış edib. 
Nigar Osmanlı təqdimat ərzində sinifdə proqram materialını  perspektiv və cari planlaşdırmanın tərtibinə dair önəmli məqamları qeyd edib. O, dərsin planlanmasında təlim nəticələrinin düzgün müəyyən olunmasının və müəyyən olunan təlim nəticələrinin şagirdlərlə paylaşılmasının əhəmiyyətini vurğulayıb.
Dərs müddətində nəzəri məlumatlarla yanaşı, praktiki tapşırıqlar da icra olunub. Tələbələr praktiki fəaliyyət ərzində  illik və  cari planlaşdırmaya dair nümunələr tərtib ediblər. 
Qeyd edək ki,  Nigar Osmanlı “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində 308 nömrəli məktəbin metodisti və ibtidai sinif müəllimidir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search