Previous Next

ADPU-nun müəllimi Vytautas Magnus Universitetində dərslərdə iştirak edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru  Bəsti Əsədova Erasmus+ mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetində keçirilən beynəlxalq həftədə iştirak edir.
22-27 aprel tarixlərində davam edəcək beynəlxalq həftədə ADPU-nun müəllimi Bəsti Əsədova genetika və biotexnologiya üzrə 8 saat dərs tədris edəcək, fakültə ilə tanış olacaq.
Qeyd edək ki, 5 noyabr 2022-ci il tarixində Litvanın Vytautas Magnus Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında Erasmus+ proqramı çərçivəsində (Fəaliyyət 1) tələbə/heyət mobilliyini həyata keçirmək məqsədilə müəssisələrarası müqavilə imzalanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search