Previous Next

ADPU-da “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib

Aprelin 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi Təhsil Ekspertləri Mərkəzi ilə birgə “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda dəyirmi masa keçirib. 
“Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə keçirilən dəyirmi masada Milli Məclisin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev, Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, sektor müdirləri Anar Məmmədov və Bəşarət Məmmədov, ADPU nəzdində Pedaqoji Kollecin direktoru, dosent İsrayıl İsgəndərov və ADPU-nun şöbə müdiri Xalidə Həmidova, eləcə də təhsil ekspertləri, Bakı şəhərinin aparıcı məktəb direktorları, özəl məktəblərin rəhbərləri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov tədbirlə bağlı vacib məqamları iştirakçıların diqqətinə çatdırıb. 
“Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda məruzə edən Təhsil Ekspertləri Mərkəzinin üzvü Elşən Qafarov bu sahədəki aktual problemlərə toxunub.
Milli Məclisin deputatı Ceyhun Məmmədov görüşün əhəmiyyətinə diqqət çəkərək Elm və Təhsil Nazirliyi tərəfindən bu səpkidə görüşlərin keçirilməsinə dəstək göstərilməsinin müsbət addım olduğunu qeyd edib. Həmçinin deputat əlavə edib ki, məktəblərdə sıxlıq məsələsinin gündəliyə salınması görüşün aktual məsələləri əhatə etdiyini göstərir. C.Məmmədov dəyirmi masada müəllimlərin etik davranış qaydaları, valideynlərin məktəbin fəaliyyətinə müdaxiləsinin necə aradan qaldırılması istiqamətində müzakirənin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, məktəb direktorları ilə bu tipli görüşlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
TİF-nin İdarə Heyətinin sədri Elnur Nəsibov bu tipli görüşlərin keçirilməsinə Fond tərəfindən dəstək göstərməyə hazır olduqlarını qeyd edib. O vurğulayıb ki, bu kimi görüşlərin keçirilməsinin işlək mexanizminin yaradılması zəruridir.
Sonra bu sahədə aktual məsələlər ətrafında müzakirələr aparılıb, müxtəlif fikirlər, təkliflər dinlənilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search