Previous Next

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir: Zəriflik

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Quba Tibb Kollecinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Zəriflik” adlı tədbir keçirilib.
Quba Tibb Kollecində keçirilən tədbirdə, əvvəlcə, filialın direktoru, dosent Yusif Alıyev geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyeva Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdıb. Bildirilib ki, akademik Zərifə Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrlarının yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Onun formalaşdırdığı ailə institutu Azərbaycana Ali Baş Komandan İlham Əliyev kimi öz yolu və strategiyası olan əvəzsiz lider bəxş etmişdir.
Daha sonra Quba Tibb Kollecinin direktoru, həkim Mikayıl Mirzəliyev, filialın Humanitar elmlər kafedrasının müəllimi Elza Orucova, Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova, eləcə də filialın və kollecin tələbələri mövzu ətrafında çıxışlar etmiş, şeir və musiqilər səsləndirmişlər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search