Universitetlərdə “GreenAgroHack” yarışması ilə bağlı infosessiyalar çərçivəsində hakatonla bağlı növbəti məlumat sessiyası Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib.
Görüş zamanı Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Texniki Universiteti, “Bilişim Vadisi” Bakı Mərkəzinin təşkilatçılığı və bir sıra İnkubasiya, Akselerasiya Mərkəzlərinin tərəfdaşlığı ilə keçiriləcək hakaton yarışması barədə tələbələrə ətraflı məlumat verilib.
Tələbələrlə görüş zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov,” Bilişim Vadisi” Bakı Mərkəzinin direktoru Qamət Kərimov eləcə də “FemTech” Akselerasiya Mərkəzinin və “SABAH.HUB” İnnovasiya Mərkəzinin nümayəndələri bu yarışmanın tələbələrə öz karyera inkişafları üçün böyük imkanlar yaradacağını bildiriblər.
İnfosessiya zamanı təşkilat komitəsi tərəfindən hakatonun şərtləri, iştirak qaydaları barədə tam təfərrüatlı məlumat verilib və tələbələri maraqlandırılan bütün suallar cavablandırılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən yarışmada tələbələri həmrək şəkildə iştiraka dəvət ediblər.
Bildiririk ki, “GreenAgroHack”- 15-17 may 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı çərçivəsində keçirilən və müəyyən müddət ərzində (29 saat, 29 dəqiqə, 29 saniyə) gənclərin rəqabət şəraitində biliklərini yoxlaması, kənd təsərrüfatı sahəsi üzrə müxtəlif proqram, innovativ məhsul və ağıllı həllərin hazırlanması müsabiqəsidir.