Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının təşkilatçılığı ilə Mətləb Ələsovun təqdimatında "Sağlam inkişaf" mövzusunda təlim keçirilib.
Təlimçi tələbə gənclərlə həm öz ixtisas sahələrində, həm də şəxsi həyatlarında necə sağlam inkişaf etmələri barədə öz təcrübələrini bölüşüb. Sonra tələbələr təlimçiyə suallar ünvanlayıb, təlim geniş diskussiya ilə davam edib.