Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup ictimai-siyasi xadim, eləcə də alim və ziyalılar “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.
Təltif olunanlar arasında Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Elmi-təşkilati şöbənin müdiri, professor İbrahim Bayramov, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, professor Fərrux Rüstəmov, Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının dosenti Tinatin Əliyeva, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti Allahverdi Hacıyev və Cəbr və həndəsə kafedrasının dosenti Heydər Hüseynov da var.
ADPU kollektivi adından dəyərli alimləri yüksək dövlət təltifinə layiq görülmələri münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar arzu edirik.