Previous Next

Kimya və biologiya fakültəsində "Yaşıl dünya, sağlam gələcək!" mövzusunda tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Zəminə Məlikovanın təşkilatçılığı ilə universitetdə “Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Yaşıl dünya, Sağlam gələcək!” mövzusunda tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış Kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva qonaqları salamlayaraq günümüzün ekoloji problemləri və onların həlli yollarına diqqət çəkib. 
Daha sonra tədbir Kimya və biologiya fakültəsinin tələbələrinin musiqili proqramı, rəqs nümunələri və səhnəciklərlə davam edib. O cümlədən ADPU-nun baza məktəbi olan M.Rəhim adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında “Green etilen” geyim sərgisi nümayiş olunub. 
Tədbir universitet rəhbərliyi, qonaqlar və tələbələr tərəfindən rəğbətlə qarşılanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search