Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, s.ü.f.d. Əfqan Vəliyev “tarix müəllimliyi” ixtisasının TAR2301B, TAR2302B, TAR2303B və TAR2304B qrupları üçün “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” mövzusunda mühazirə ilə çıxış edib.
Əfqan Vəliyevin mühazirəsi fakültənin professor-müəllim heyəti və tələbələr tərəfindən maraqla qarşılanıb və mövzu ilə bağlı müzakirələr aparılıb.
Sonda qonaq fakültəyə “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” və “Tarixi Azərbaycan torpaqlarında maddi-mənəvi irsimiz” kitablarını hədiyyə edib.