Mayın 21-də Bakı şəhəri 12 saylı xüsusi internat məktəbinin şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ekskursiyada olublar. “SİM uşaqların cəmiyyətə inteqrasiyası” devizi ilə təşkil olunan ekskursiyada xüsusi internat məktəbindən gələn müəllim və şagirdlər ADPU-nun Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, rektorun köməkçisi Riyad Rüstəmli və Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova ilə görüşüblər.
Universitetin Heydər Əliyev muzeyi və elektron kitabxanası ilə tanış olan müəllim və şagirdlərə Kitabxana-İnformasiya Mərkəzinin müdiri Zinharə Həsənova geniş məluma verib, ADPU-da inklüziv təhsil mühitinin təmin olunması istiqamətində atılan addımlardan danışıb.
Daha sonra şagirdlər universitetdə iş və dərs mühiti ilə tanış olublar.