“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin final mərhələsinin nəticələrinə əsasən müsabiqənin qalibi olan 10 nəfər və müsabiqənin xüsusi mükafatçısı olan 10 nəfərlə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd Universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır.
“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və İT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Eyni zamanda, xüsusi fərqlənən əlavə 10 nəfər iştirakçı da həvəsləndirici mükafata layiq görüləcək və onlar da mentorluq proqramına cəlb olunacaqlar. Həmçinin müsabiqənin finalçıları kadr bankına əlavə olunmaqla onlara da müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.