Mayın 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və “Qeyd -Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev -Unudulmaz Lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov, Milli Məclisin deputatları Ceyhun Məmmədov və Pərvin Kərimzadə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, “Qeyd -Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov və baş katibi Aysel Tahirova iştirak ediblər.
Sərgi iştirakçıları dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalara baxış keçiriblər.
Qeyd edək ki, xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.