Previous Next

Qaliblərimizi tanıyaq!

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin qalibi  Aygül Qurban qızı Əliyeva 2020-ci ildə Pedaqoji Universitetin “riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub. 2021-ci ildən təhsilini ADPU-nun SABAH qruplarında davam etdirir. Hazırda IV tədris ilinin tələbəsidir. 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SABAH qrupları, Azərbaycan Texniki Universiteti, “IT Brains Academy” və Technest milli təqaüd proqramının tərəfdaşlığı və dəstəyi ilə keçirilən “İnnoFusion: Fueling Digital Success” təhsil təqaüd proqramının qalibi kimi qrafik dizayn təhsili alıb. 
“Yüksəliş” müsabiqəsi tərəfindən təşkil olunan və müsabiqənin qaliblərinin tələbələrlə apardıqları mentorluq proqramına qəbul alan tələbələrdən biridir. 
2023-cü ildə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (İAC) izləyici kimi iştirak edib. 2024-cü ildə İtaliyada keçiriləcək 75-ci Konqres (İAC) üçün də qəbul alıb.
ADPU Tələbə Gənclər Təşkilatında sədr müavini kimi fəaliyyət göstərib. ADPU TGT daxilində xüsusi ictimai fəallığa görə təşəkkürnamə ilə təltif olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search