Previous Next

Özbəkistanlı alimlər ADPU-nun Quba filialında olublar

İyunun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Peşə təhsili fakültəsinin dekanı, dosent Makhmudcan Kadirov və Təsviri incəsənət kafedrasının müdiri, professor Urinbay Nurtayevlə görüş keçirilib.
Filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzidə keçirilən görüşdən öncə çay süfrəsi ətrafında iki qardaş ölkənin tarixi, bu günü və təhsil sistemindəki oxşarlıqlar və fərqliliklərindən danışılıb. Sonra qonaqlar 3 hissədən ibarət olan mərkəzlə tanış olub, eksponatlar və stendlər haqqında məlumat alıblar. 
Tədbirdə açılış sözü ilə çıxış edən filialın direktoru, dosent Yusif Alıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şafqat Mirziyoyevin rəhbərliyi ilə iki ölkə arasında yaranan əlaqələrin inkişafı bütün sahələrdə sürətlə davam edir. Bu kontekstdə ADPU da qardaş Özbəkistan Respublikasının universitetləri ilə sıx əməkdaşlıq sayəsində tarix, ədəbiyyat, mədəniyyət sahəsində birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi istiqamətində fəaliyyətlər icra edir.
Çıxış edən dos. Mahmudcan Kafirov və prof. Urinbay Nurtayev Azərbaycanda qonaq olmaqdan məmnun olduqlarını və xüsusilə Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd ediblər.
Daha sonra tədbirdə iştirak edən professor-müəllim və tələbə heyətindən çıxış edənlər universitetlər arasında qurulacaq  gələcək əlaqələrə istiqamət verən, bir-birini möhkəmləndirən dəyərli fikirlər səsləndiriblər. 
Tələbələr növbəti görüşlərdə qardaş özbək tələbələrinin də iştirak etməsini arzuladıqlarını və özlərinin də Özbəkistana getmək istəklərini bildiriblər.
Tələbələrdən Günəş İskəndərovanın səsləndirdiyi şeirlər, Əminə Vəliyeva, Tofiq Dadaşov və Gülyanaq Əhmədovanın ifasında təqdim olunan özbək və Azərbaycan musiqiləri qonaqlara yaddaqalan anlar yaşadıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search