Previous Next

ADPU-da Qarabağ Universitetinin SABAH qruplarına qəbulla bağlı infosessiya keçirilib

İyunun 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qarabağ Universitetinin SABAH qruplarının 2024/2025-ci tədris ili üzrə bakalavriatura səviyyəsinə tələbə qəbulu ilə bağlı infosessiya keçirilib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Qarabağda yaradılan ilk ali təhsil ocağına dəstək olmaq hər birimizin borcudur. Eyni zamanda tələbələri burada yaradılan mükəmməl təhsil mühiti və sosial həyat barədə məlumatlandırmaq baxımından bu kimi tədbirlərin önəmi qeyd olunub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov SABAH qruplarının Elm və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən biri olduğunu və Azərbaycan ali təhsili üçün dəyər olduğunu qeyd edərək Qarabağ Universitetinin SABAH qruplarında tələbələrə yaradılacaq imkanlar barədə danışıb. Bildirilib ki, Qarabağ Universitetinin SABAH qruplarında təhsil alan hər bir tələbə ödənişli, yaxud dövlət sifarişi ilə qəbul olunmasından asılı olmayaraq dövlət hesabına təhsilini davam etdirəcək, ödənişsiz mənzil tipli yataqxana ilə təmin olunacaq, hər bir tələbəyə kompüter hədiyyə olunacaq və onlar əlavə təqaüd imkanlarından yararlanacaqlar.
İnfosessiyada SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova tələbə qəbulu qaydaları, seçim mərhələləri haqqında ətraflı məlumat verib.
Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova və İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə SABAH qruplarının üstünlükləri, eyni zamanda fakültələrdə kadr hazırlığı aparılacaq ixtisaslarla bağlı tələbələri məlumatlandırıb, onların suallarını cavablandırıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search