Previous Next

Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib.
Universitetdə təşkil olunan görüş zamanı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd professor Mahirə Hüseynovanın monoqrafiyalarının, dərs vəsaitlərinin Turan Elmlər Akademiyasının bütün üzvləri tərəfindən təqdir olunduğunu və yekdilliklə ona səs verildiyini bildirib.
Professor Vüqar Əhməd Turan Elmlər Akademiyasının prezidenti, Leybniz adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (Almaniya) Xaydarberk Bababekovun professor Mahirə Hüseynovaya ünvanladığı təbrik məktubunu da səsləndirib.
Professor Mahirə Hüseynova göstərilən etimada görə Turan Elmlər Akademiyasının prezidentinə və bütün üzvlərinə təşəkkürünü bildirib, Azərbaycan-Özbəkistan dostluq münasibətlərinin inkişafının vacibliyini qeyd edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search