Previous Next

ADPU-nun Şamaxı filialında Məzun günü keçirilib

Pedaqoji Universitetin Şamaxı filialında Məzun günü keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunlar,  valideynlər, eləcə də Regional İnkişaf İctimai Birliyinin (RİİB) Dağlıq Şirvan Regional bölməsinin və Şəhriyar qəsəbə tam orta məktəbinin nümayındələri  iştirak ediblər.
Məzun günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova məzun olan bütün tələbələri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb Qeyd olunub ki, Şamaxı filialı regionun yeganə ali təhsil müəssiəsi kimi kadr potensialının gücləndirilməsində böyük rolu var. Buranın məzunları ölkənin qabaqcıl təhsil müəssisələrində və digər qurumlarında uğurla fəaliyyət göstərir və filialı layiqincə təmsil edirlər. 
Daha sonra direktor təhsil aldıqları müddətdə universitetin ictimai həyatında  fəallıq göstərən məzunları “Fəxri Fərman”la təltif edib. 
RİİB-nin Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova çıxış edərək  məzun olan tələbələri təbrik edib və bir çox sosial aksiyalarda könüllü olaraq fəaliyyət göstərərək  fərqlənən məzunlara “Təşəkkürnamə”lər təqdim edib. Həmçinin, filialın direktoru Tünzalə Yusifovaya “ADPU-nun Şamaxı filialının RİİB ilə səmərəli əməkdaşlığına görə” təşəkkürnamə təqdim olunub.
Müəllimlər, məzunlar, tələbələr və valideynlərin təbrik və ürək sözlərindən  sonra məzun günü tədbirimiz bədii hissə ilə davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search