Previous Next

Pedaqoji Universitetin “Brend tələbə”ləri ilə görüş keçirilib

İyunun 14-də “AzEdu.az” təhsil portalının tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə, eləcə də tələbə olmaq istəyənlərə çatdırmaq məqsədilə icra etdiyi layihə çərçivəsində Pedaqoji Universitet tələbələri arasından seçilmiş “Brend tələbə”lərlə görüş keçirilib.
Görüşdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və şöbənin mütəxəssisi İsmayıl Nəsirov iştirak edib.
Məlumat üçün bildirək ki, “Brend tələbə”lər ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir. Şərtlərə əsasən, hər universitetdə professor-müəllim heyətinin və tələbə kəsiminin xüsusi simpatiyasını qazanan və meyarlara cavab verən 10 tələbə “Brend tələbə” hesab edilir. 
“Brend tələbə”lərin seçilməsi üçün əsas meyarlar isə universitetin ictimai həyatında aktivlik keyfiyyətləri, universitetə gətirdiyi yenilik, yeni çağrışlarla bağlı yanaşmaları, universitetin nüfuzunu yüksəldəcək ideyalarla çıxış etməsi, milli məsələlər, dövlətçilik mövqeyinin prinsipial şəkildə qorunması və beynəlxalq arenada dövlətini təmsil etməsi, nəzəriyyə ilə yanaşı, praktik səviyyədə inkişaf, ixtisası üzrə istehsalat göstəriciləri və analitik qabiliyyəti, beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik, liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi, xarici dil bilgisi, musiqi, idman bacarığı, dərsdənkənar aktiv məşğuliyyət və hobbilər və sosial şəbəkələrdə məqsədli və faydalı aktivlik dərəcəsidir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search