Previous Next

Xüsusi mükafatçıları tanıyaq!

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin xüsusi mükafatçısı Elnarə Mehman qızı Məmmədova Bərdə rayonu Kətəlparaq kənd tam orta məktəbində təhsil alıb.
2019-cu ildə Pedaqoji Universitetə qəbul olunub. Tarix və coğrafiya fakültəsinin V tədris ili tələbəsidir.
Orta məktəb dövründə uşaq birliyinin sədri, rayon səviyyəli yarış və tədbirlərin təşkilatçısı olub, şeir müsabiqələrində iştirak edib. Rayon üzrə intellektual yığma komanda olan “Diplomat” komandasının kapitanı kimi yarışlara qatılıb. Təhsil şöbəsi tərəfindən dəfələrlə təltif edilib.
Tələbəlik dövründə ingilis dili kurslarında fəaliyyət göstərib. Orta məktəb vaxtından davam edən “Əcnəbilərlə tanışlıq” işlərini daha da böyük arealda genişlədərək dəfələrlə bir çox mədəniyyətin birləşdiyi Rusiya Fedarasiyasına səyahət edib. Pedaqoji təcrübəsini Azərbaycan Britaniya Kollecində uğurla başa vurub.
Yazıçılıq və rəsm fəaliyyəti ilə məşğul olub. Hazırda anasının həyatı ilə bağlı roman üzərində çalışır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search