Previous Next

ADPU-nun SABAH magistraturalarını seçmək üçün 1334 nəfər müsahibə verib

Pedaqoji Universitetin SABAH magistratura ixtisaslaşmalarını seçmək üçün 1334 nəfər müsahibələrdə iştirak edib. Onlardan 1114 nəfəri müsahibədən məqbul cavab alaraq ADPU-nun SABAH magistratura ixtisaslaşmalarını seçmək şansı əldə ediblər.
Qeyd edək ki, ADPU-da SABAH magistratura üzrə 3 ixtisaslaşmada qəbul həyata keçirilir:
•    Təlim və tədrisin təşkili və metodikası (SABAH)
•    Təhsildə qiymətləndirmə və monitorinq (SABAH)
•    Menecment (Ali təhsilin təşkili və idarə olunması) (SABAH) 
ADPU-da magistratura səviyyəsində, ümumilikdə, 30 ixtisaslaşma üzrə qəbul həyata keçirilir.
Magistraturaya ixtisaslaşma seçimi 30 iyun 2024-cü il, saat 23:59-dək davam edir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search