Previous Next

Pedaqoji Universitetin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrların nəzərinə

⏰ 2024-2025-ci tədris ili üzrə ADPU-nun magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin elektron qaydada qeydiyyatı 9 iyul 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 18 iyul saat 18:00-da başa çatacaq. 

✅ Elektron qeydiyyat üçün bakalavrlar https://portal.edu.az/  platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
📌 “portal.edu.az”da ilk dəfə qeydiyyatdan keçənlər üçün təlimat: https://edu.gov.az/uploads/news/07/telimat.pdf 

❗ 18 iyula qədər onlayn qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.

✅  Portala PDF formatında yüklənməsi tələb olunan sənədlərin və ADPU-nun Magistratura və doktorantura şöbəsinə 15-22 sentyabr 2024-cü il  tarixlərində təqdim ediləcək sənədlərin siyahısı postlarda verilmişdir.

💰 Təhsilhaqqı ödənişini icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra 
portalda “ödəniş edilməlidir” statusu təyin edilməlidir. Müraciətiniz ödəniş edilməlidir statusu aldıqda ödəniş edə bilərsiniz.
📌 Ödənişi "Birbank" tətbiqi, "Emanat" və "Eksprespay" ödəniş aparatları ilə (və ya sizə uyğun digər platformalar vasitəsilə) FİN kod vasitəsilə, banklarda isə invoys kodla (invoys kod portalda 
ödəniş hissəsində sizə veriləcək) ödəyə bilərsiniz.
❗ Təhsil haqqının minimum 50%-i ödənilməlidir. Bu halda qalan hissə dekabr ayının sonundək 
ödənilməlidir.
❗ Tələbə Təhsil Krediti Fonduna müraciət edən tələbələr təhsil müəssisəsini 
məlumatlandırmalıdırlar. Bunun üçün elektron qeydiyyat zamanı müvafiq bənd işarələnməlidir.
❗ Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azad olunan, yaxud təhsil haqqına güzəşt hüququ olan tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi seçərək aid olduqları kateqoriyanı seçməli və tələb olunan sənədlərin elektron variantını sistemə yükləməlidirlər.

✅ Təhsil haqqından azad olunmaq, yaxud təhsil haqqına güzəşt hüququ verən hallar, eləcə də Tələbə Təhsil Krediti Fonduna müraciət qaydaları ilə tanış olmaq üçün müvafiq postdakı QR kodu oxutmanız kifayətdir.

ADPU-nun Magistratura və doktorantura şöbəsi
Ünvan: Bakı şəh., Həsən Əliyev küçəsi, 104, ADPU-nun 2 saylı tədris binası, otaq 313
Əlaqə telefonu: (+99412) 465 81 53

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search