Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) iki əməkdaşı fəaliyyətlərini Qarabağ Universitetində (QU) davam etdirəcəklər.
Belə ki, Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi Cavid Hüseynov Qarabağ Universitetinin rektorluğunun əməkdaşı təyin olunub.
Eyni zamanda, Cavid Hüseynovla yanaşı ADPU-nun Strateji İnkişaf Mərkəzinin (SİM) mütəxəssisi Ceyla Səmədzadə də Qarabağ Universitetinin Tədris şöbəsinin əməkdaşı təyin olunub.
Qeyd edək ki, hər iki əməkdaşımız həm də Pedaqoji Universitetin bakalavriat və magistratura səviyyələrinin məzunlarıdırlar.
Onlara yeni vəzifələrində uğurlar arzulayırıq.