Previous Next

ADPU-nun rektor köməkçisi Üsküdar və Haliç universitetlərində olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor köməkçisi, s.e.ü.f.d. Riyad Rüstəmli Pedaqoji Universitetlə qardaş Türkiyənin ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə Türkiyə Respublikasına səfər edib.

Səfər çərçivəsində İstanbulda yerləşən Üsküdar Universitetinin rektoru, professor Nazifə Güngör və Haliç Universitetinin baş katibi Burak Başqan ilə keçirilən görüşlərdə ADPU-nun sözügedən ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi və dərinləşdirilməsi istiqamətində müzakirələr edilib, eyni zamanda tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlər əsnasında Pedaqoji Universitetlə Üsküdar Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search