Xəzər Universiteti və Middlesex Universitetinin əməkdaşlığı ilə “British Council”ın “Creative Spark” layihəsi çərçivəsində yekun konfrans keçirilib.
İki günlük konfransın birinci günündə xarici mütəxəssislər tərəfindən tələbə və akademik heyətə ayrı-ayrılıqda yaradıcılıq və sahibkarlıqla bağlı təlimlər, ikinci günündə isə müxtəlif çıxışlardan ibarət konfrans keçirilmişdir. Konfrans zamanı texnologiya transferi, innovasiya ekosistemi və innovasiyaların idarə edilməsi ilə bağlı səmərəli müzakirələr aparıblar. Konfransın əsas istiqamətini tələbə ideyalarının dəstəklənməsi, öz ideyalarını müəllimlərinin dəstəyi ilə təqdim edən tələbələrin cəlb edilməsi və sahibkarlığın kurrikuluma inteqrasiyası təşkil edir.
Konfransda Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Middlesex Universitetinin Kompüter Elmləri Proqramları üzrə direktoru Dr. Georgios Dafoulas, menecment üzrə baş müəllimi Dr. Simon Best, Oracle TES-in İcraçı direktoru Andy Golding, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədrinin müşaviri Zaur Ələkbərov, “RED Communication” MMC-in təsisçisi və idarəedici partnyoru, Sahibkar, Müxtəliflik, İnklüzivlik və Davamlılıq lideri Tatyana Mikayılova, “Maestro School”un təsisçisi Mədinə Paşayeva yaradıcılıq və sahibkarlıq mövzusunda çıxışlar etdilər. Konfransın sonunda iştirakçılara sertifaktlar verildi.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisasının tələbələri Ramiyə, Fatimə, Rəhilə və ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Rəna Həsənova, Rufanə Əhmədova və Gülnar Ələkbərova da konfransda iştirak ediblər.