Previous Next

Tələbə qəbulu dövründə ADPU-da 5356 vətəndaş müraciəti cavablandırılıb

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsinə  tələbə qəbulu kampaniyası dövründə Pedaqoji Universitetin müvafiq strukturları və tələbə təşkilatları tərəfindən abituriyent və tələbələrin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin sorğularını operativ cavablandırmaq, xüsusən abituriyentlər və valideynlərin ixtisas seçimi, mövcud ixtisaslar, infrastruktur və naviqasiya məsələləri, yataqxana, onlayn qeydiyyat, təhsil tələbə kreditinə müraciət və s. məsələlərlə bağlı münəticələrinə çevik qaydada baxmaq və lazımi dəstək göstərmək məqsədi ilə son iki ay ərzində sistemli fəaliyyət icra olunub.

Belə ki, bu dövrdə Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən rəsmi instaqram səhifəsi vasitəsi ilə 4578, feysbuk səhifəsi vasitəsi ilə 100, imeyl vasitəsi ilə 16, votsap və teleqram üzərindən 166 müraciət cavablandırılıb, eyni zamanda şöbəyə 228 zəng daxil olub.

Həmçinin qəbul müddətində şöbə tərəfindən aktiv marketinq kampaniyası aparılıb, bu vaxt intervalında  rəsmi sayt, instaqram, feysbuk, teleqram, votsap və linkedin kanallarında platformaların xüsusiyyətlərinə müvafiq 50 fərqli məlumatlandırıcı və istiqamətverici məzmun yayımlanıb.

Qeyd edək ki, Tədbirlərin təşkili və tələbələrlə iş, İctimaiyyətlə əlaqələr və marketinq şöbələri və ADPU-da fəaliyyət göstərən tələbə təşkilatlarının təşkilatçılığı ilə bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin onlayn qeydiyyatına dəstək məqsədi ilə 28 avqust – 09 sentyabr 2024-cü il tarixlərində universitetdə canlı operativ dəstək xidməti təşkil olunub. Dəstək xidmətində 300 nəfərədək abituriyent və valideynə onlayn qeydiyyat, təhsil krediti, təhsil haqqına güzəşt və s. məsələlərlə bağlı yerində xidmət və yardım göstərilib.

Hesabat dövründə, ümumilikdə 5356 əyani, onlayn və zənglə edilən müraciətə baxılıb.

Eyni zamanda I tədris ilinə qəbul olunmuş tələbələrin universitetlə bağlı məlumatlara asan çıxışlarını təmin etmək və suallarını yerində cavablandırmaq məqsədi ilə “ADPU 2024 – I kurs İnfoMərkəz” teleqram məlumatlandırma qrupu yaradılıb ki, burada yeni qəbul olunan tələbələri maraqlandıran məsələlərlə bağlı müvafiq şöbələrin və tələbə təşkilatlarının nümayəndələri tərəfindən mütəmadi məlumatlar verilir, suallar cavablandırılır. Hazırda qrupa 600 nəfərədək tələbə üzv olub ki, bu da ADPU-ya yeni qəbul olunan tələbələrin 22 faizini əhatə edir.

Vurğulamaq lazımdır ki, sadalananlarla yanaşı qəbul kampaniyası müddətində ADPU-nun müxtəlif digər strukturları və fakültələr tərəfindən də onlarla vətəndaş müraciətləri cavablandırılıb, fakültələrə yaxınlaşan abituriyent və valideynlərə zəruri kömək göstərilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search